banner
banner

Sosİal

Rayonlardan Bakıya axın başladı - Avtovağzallarda vəziyyət necədir? VİDEO

Rayonlardan Bakıya axın başladı

Qurban bayramını bölgələrdə yaşayan yaxınları ilə qeyd etmək üçün rayonlara üz tutan sərnişinlər artıq paytaxta qayıtmağa başlayıblar. Bu səbəbdən rayonlardakı şəhərlərarası avtovağzallar gücləndirilmiş iş rejimində çalışır. Bəs bayramı fürsət bilən şəhərlərarası fəaliyyət göstərən taksi qiymətləri hansı səviyyədədir?

CİA.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, Qurban bayramı günlərində Paytaxt Bakıdan Lənkərana gələn sərnişinlərin sayında artım müşahidə olunub.

Lənkəran avtovağzalından verilən məlumata görə, bayram günlərində rayona gələn və gedən sərnişinlərin sayı adi günlərdən 2 dəfəyə kimi artıb. Bu artım nəzərə alınaraq, xətlərə əlavə avtobuslar buraxılıb. Qiymətlərə gəlincə isə, avtovağzal rəsmisi süni qiymət artımına ciddi nəzarət edildiyini, gedişhaqlarının tarif şurasının müəyyən etdiyi qaydalara uyğun həyata keçirildiyini bildirdi.

Paytaxta üz tutanlar avtobuslarla bərabər taksilərdən də istifadə edirlər. Sürücülərin sözlərinə görə, bayram günlərində qiymətlər əvvəlki günlərlə eyni səviyyədə qalıb.

Gəncədən paytaxta sərnişin daşıyan avtobus və mikroavtobuslar öz qrafikləri üzrə hərəkət edirlər. Bayram tətilinin son günləri olmasına baxmayaraq, Gəncə avtovağzalında nəzərəçarpacaq sıxlıq müşahidə olunmur. Bakı istiqamətinə yola düşən iri və orta tutumlu avtobusların sərnişin yükü adi günlərdəkindən fərqlənmir. Biletlərin qiymətində də dəyişiklik yoxdur.

Taksilərlə bağlı vəziyyət də eynidir. Bakıya taksiylə getmək istəyənlər üçün yol xərcləri adi günlərdəkindən fərqlənmir.

Bayram günlərində Şəkidən digər rayonlara gedən sərnişinlərin sayında ciddi artım olmasa da, Bakı istiqamətində sərnişindaşımada intensivlik artıb.

Bayram günlərində paytaxta, ətraf rayon və şəhərlərə sərnişin daşıyan taksilər də bu günlərdə qiymət artırmadıqlarını bildiriblər.

Avtovağzallardan onu da bildirdilər ki, bu bayram sıxlığın yaşanmamasına səbəb sərnişinlər arasında tələbə kontingentinin olmamasıdır. Eyni zamanda artıq gecə reyslərinin istifadəyə verilməsi də gündüz olan sərnişin yükünü azaltmağa kömək edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.