Stresli və narahat olduqda ya daha çox yemək yeyir, ya da tam əksinə iştahasızlıq müşayiət olunur. Lakin düzgün qida qəbulu bu prosesi asanlaşdıra və sizi xoşbəxt edə bilər.
Axşam.az stressi azaldan qidaları təqdim edir.
1. Qırmızı istiot
İmmuniteti artıran C vitamini ilə zəngin olan qırmızı bibər, stressi artıran, qan dövranını sürətləndirən kortizolun miqdarını azaldır. Bibəri yeyərkən yaranan yüksək xırıltılı səs isə çənə əzələlərindəki gərginliyi aradan qaldırır.
2. Bişmiş pomidor
Likopen mənbəyi olan bişmiş pomidor, qırmızı bibər kimi kortizol səviyyənizi azaltmağa kömək edir. Depresiyanın yaranmasına səbəb olan iltihabın və qan laxtalanmasının qarşısını alır. Bişmiş pomidorun tərkibində digər meyvə və tərəvəzlərdən daha çox likopen var.
3. İspanaq
İspanaq və digər tünd yarpaqlı göyərtilər folatla zəngindir və bədənimizdə əhval-ruhiyyəni artıran serotonin və dopamin istehsalına kömək edir. İspanaq həm də yüksək qan təzyiqini aşağı salmağa kömək edən maqneziumla zəngindir. Stressli olduqda bədən maqneziumdan məhrum qalır. Buna görə də ispanaqdan bol miqdarda istifadə bədəndə maqnezium miqdarını artırır.
4. Avokado
Avokado kalium, E, B vitaminləri və folat daxil olmaqla sağlamlıq üçün faydalı olan 20 əsas elementi özündə ehtiva edir. Avokado gün ərzində sizi tox saxlayacaq və qan şəkərini nizamlayaraq əhvalınızı sabit saxlamağa kömək edəcək.
5. Qızıl balıq
Qızıl balıq hormonları tənzimləyən və əhvalınızı yüksəltməyə kömək edən omega-3 yağ turşuları ilə zəngin qidadır. Tərkibində stresli anlarında bədəndə azalan sink də var.
6. Qara şokolad
Keyfiyyətli tünd şokolad sağlamlıq baxımından sizə dəstək olacaq maqnezium və sink ehtiva edir.
7. Qoz
Qozun tərkibində omega-3 narahat olmağınıza səbəb olan noradrenalinin azalmasına kömək edir.
8. Küncüd
Bədənin immunitet, həm də sinir sistemi üçün ehtiyac duyduğu sinklə zəngindir. Çiy, azca qızardılmış formada müxtəlif növ yeməklərə əlavə edərək yeyə və naratlıqdan uzaq ola bilərsiniz.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.