banner
banner

Sosİal

Həkimdən xəbərdarlıq: "Delta" ştamına uşaqlar və gənclər daha tez yoluxur

Həkimdən xəbərdarlıq:

Koronavirusun "Delta" ştamına uşaqlar, yeniyetmələr və gənclər daha tez yoluxur.

Bunu ABR24-ün "Gündəm" verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib.

"Tədqiqatlar göstərirdi ki, COVİD-in əvvəlki variantları uşaqları çox az yoluxdururdu. Hətta uşaqlar və gənc yaşlı şəxslər yoluxduqda ya simptomsuz, ya da yüngül simptomlarla keçirirdilər. Pandemiya dövründə ABŞ-da cəmi 2500 uşaq xəstəliyi ağır keçirmişdi. Bu, əvvəlki variantların uşaqlara az təsirli olmasından xəbər verirdi. Lakin "Delta" ştamı bir qədər fərqlidir. Uşaqlar, gənclər, yeniyetmələr daha tez yoluxur. Əvvəlki ştamlarla müqayisədə onun simptomlu xəstəlik törətmə qabiliyyəti daha yüksəkdir"- o bildirib.

Nabil Seyidov onu da qeyd edib ki, vaksinasiya prosesi vasitəsilə 18 yaşdan yuxarı gənclər qorunmuş olur:

"Bütün tədqiqatlar göstərir ki, bir dozalı vaksinasiya müəyyən dərəcədə, iki dozalı, yəni tam vaksinasiya isə əhəmiyyətli dərəcədə qoruma qabiliyyətinə malikdir".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.