banner
banner

Hərbİ

“TRT Haber”: “Təhlükəsizlik qaynaqları Ermənistanın gərginliyi artıran siyasətə geri döndüyünü açıqladı…”

“TRT Haber”: “Təhlükəsizlik qaynaqları Ermənistanın gərginliyi artıran siyasətə geri döndüyünü açıqladı…”

Türkiyənin “TRT Haber” telekanalı təhlükəsizlik qaynaqlarına istinadən Ermənistanın “qeyri-konstruktiv və gərginliyi artıran siyasətinə geri döndüyünü” bildirir. Virtualaz.org xəbər verir ki, telekanal bu məlumatı Azərbaycan-Ermənistan dövlət sərhədi boyu son günlər erməni tərəfinin qızışdırıcı əməllərinin artması ilə bağlı yayıb. Lakin mənbə olaraq hansı ölkənin-Türkiyənin, yaxud Azərbaycanın təhlükəsizlik qaynaqlarından  söhbət getdiyi dəqiqləşdirilmir.

“Təhlükəsizlik qaynaqları sərhəddə baş verən son atışmaları Ermənistanın qeyri-konstruktiv və gərginliyi artıran siyasətinə geri dönməsinin göstəricisi kimi qiymətləndirir”,-məlumatda bildirilir.

“Bəzi ölkələrin dəstəyi və cəsarətləndirməsi ilə Ermənistan bu təxribatlara əl atır”,-mənbələr deyib.

Həmin qaynaqlar Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın müdafiə naziri Vaqarşak Arutyunyanın yerinə Baş qərargah rəisinin müavini, general Arşak Karapetyanı təyin etdiyini xatırladıb. Karapetyanın “sərt mövqeli general olduğunu” bildirib.

“TRT Haber”-ə danışan mənbələr xatırladıb ki, Azərbaycan işğal edilmiş torpaqlarını Vətən müharibəsi nəticəsində geri qaytarıb, amma Azərbaycanla Ermənistan arasındakı sərhəd xəttində ixtilaflar davam edir. Mənbələr deyiblər ki, Azərbaycan prezidenti İlham Əliyevin sülh və dialoq çağırışlarına Ermənistan tərəfi konstruktiv cavab vermir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.