banner
banner

Dünya

Avropa Ukraynaya qoşun yeridir

Avropa Ukraynaya qoşun yeridir

Kiyevdə Avropa İttifaqı (Aİ) ilə Ukrayna arasında Sammit keçirilir.
Kiyev sammitində Ukrayna prezidentinin atəşkəsə nəzarət üçün Avropa sülhməramlılarının yerləşdirilməsi ilə bağlı xahişinə baxılır.
Ekspertlərin fikrincə, bu sammit ötən il Avropa İttifaqı ilə Ukrayna arasında Assosiasiya razılaşması qüvvəyə mindikdən sonra təşkil olunan ilk mühüm tədbirdir. Həmin razılaşma keçmiş prezident Viktor Yanukoviç devriləndən sonra imzalanıb.

Sammitdə iştirak üçün Kiyevə gələn Avropa İttifaqı ölkələrinin liderləri bu gün Prezident Pyotr Poroşenko ilə xüsusi görüşəcəklər. Danışıqlarda bu ilin fevralında əldə edilmiş Minsk atəşkəs sazişi əsas müzakirə mövzusu olacaq.
Ümumiyyətlə, Minsk sazişindən sonra zorakılıqlar halları azalsa da, hökumət qüvvələri ilə separatçılar tərəfindən atəşkəsin pozulması qeydə alınır. Ötən gün Ukrayna ordusu 1 əsgərinin öldürüldüyünü, 7-nin yaralandığını bildirib.
Xatırladaq ki, Aİ liderləri bu ilin martında Minsk sazişi tam yerinə yetirilənədək Rusiyaya qarşı iqtisadi sanksiyaların qaldırılmaması barədə razılığa gəliblər.

Cia.az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.