banner
banner

Şou

Hakimi işdən kənarlaşdırdı

Hakimi işdən kənarlaşdırdı

Aktrisa Ancelina Coli keçmiş əri Bred Pittə qarşı övladlarının qəyyumluğuna dair açdığı davada qərar çıxaran hakimi işdən kənarlaşdırmağa nail olub.

 

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya məhkəməsi ortaq qəyyumluqla bağlı qərar qəbul edən hakim Con Uderkirkin işdən çıxarılması ilə bağlı Colinin apellyasiya şikayətini təmin edib.

Uderkirkin Pittin vəkilləri ilə münasibətdə olduğu və bunu gizlətdiyi üçün qəbul edilən qərarın qərəzli olduğu hesab olunub. Uderkirklə bağlı qərar onun vəzifəsindən deyil, qəyyumluqla əlaqəli işdən uzaqlaşdırılması deməkdir.

Qeyd edək ki, bu qərar Coli və Pittin 17 yaşlı Pax, 16 yaşlı Zaxar, 15 yaşlı Şaya və 13 yaşlı əkizlər Vivin və Noks üzərindəki qəyyumluq məsələsinin yenidən başlanacağı anlamına gəlir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.