"Gelinim olur musun?" proqramıyla məşhurlaşan Sinem Umaşının"Tarık Mengüç kimi oldum, qaraçı kimi oldum" ifadələrinə müğənni Tarık Mengüç münasibət bildirib.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, müğənni Sinemi qaraçıları aşağı gördüyünə görə qınayıb:
"İndiyə qədər heç kimlə polemika yaşamadım. Heç kim mənim davranışıma, sənətimə və qaraçı olmağıma söz deyə bilməz. Bu irqi ayrı seçkilikdir. Unutmayın ki, romanlar və qaraçılar musiqiyə istiqamət verən insanlardır.
Sən saça yox, ürəyə bax Sinem. Bir mahnı bəstələdim, "Deliler" deyə, dinlə. Amma sən ona da bir məna taparsan. Albom çıxarsan, sənə bir mahnı verərəm, qaraçılara qurban olasan deyə".
Qeyd edək ki, Sinem sözügedən proqramda qalmaqalları ilə məşhurlaşan gəlin kimi tanınmışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.