banner
banner

Şou

Dodaqları daha həcmli göstərəcək 4 addım

Dodaqları daha həcmli göstərəcək 4 addım

Daha dolğun dodaqlara sahib olmaq üçün estetik müdaxilələrlə yanaşı təbii yollar da var. Bəzi idman hərəkətləri sayəsində özünüz üçün problem olaraq gördüyünüz bu vəziyyəti aradan qaldıra bilərsiniz.

Axşam.az 4 idman hərəkəti ilə dodaqların daha dolğun görünməsinə imkan verən məşqləri təqdim edir.

Dodaqları büzmək

Dodaqlarınızı bir neçə dəfə büzərək hərəkətə başlayın. Bir neçə saniyə bu şəkildə saxlayıb buraxın. Bu hərəkəti 5-6 dəfə təkrarlayın. Bu dodaq konturunu daha gözə çarpan formaya salaraq dolğun görünməsinə imkan verəcək.

"O" hərfini demək

Bu səsi təkrarlayarkən dodaqlarınızı mümkün qədər geniş açdığınızdan əmin olun. Bu vəziyyətdə təxminən 4-5 saniyə qalın və dodaqlarınızı buraxın. Bu məşqi gündə 3 dəfə ardıcıl təkrar edə bilərsiniz.

Dodaqlarınızı qaldırın

Çətin görünsə də əslində çənə əzələlərinizi gücləndirəcək bu məşq dodaqlarınızın kənarlarını genişləndirərək dolğun görüntü bəxş edəcək. Dodaqlarınızı burnunuza doğru qaldırmağa çalışın və bir neçə saniyə bu vəziyyətdə qalın.

Sourmaq

Qələmi iki dodağınızın arasına qoyub çöplə su içirmiş kimi hərəkət etdirin. Bu əzələlərinizi hərəkətə keçirməyə sövq edəcək. Təxminən 5 saniyə edəcəyiniz bu məşq dodaqlarınızda böyük dəyişiklik yaradacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.