banner
banner

Gündəm

Ərdoğandan Şimali Kipr prezidentini - sərt tənqid

Ərdoğandan Şimali Kipr prezidentini -

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan və Şimali Kipr Türk Respublikasının yeni seçilən prezidenti Mustafa Akıncı arasında narazılıq yaranıb.

R. T. Ərdoğan bu gün Küveytə yola düşərkən  hava limanında jurnalistlərin suallarını cavablandırıb. Jurnalistlər M. Akıncının “artıq yavru (bala) vətən yoxdur, iki qardaş ölkə var” şəklində bəyanatına onun münasibətini soruşublar. R. T. Ərdoğanın cavabı sərt olub:

“Hörmətli prezidentin ağzından çıxanı qulaqları duymalıdır. İki qardaş ölkəyik dediyi zaman çox fərqli şeylər ortaya çıxar. Yəni, qardaş olaraq əməkdaşlıq etməyin öz şərtləri var. Yavru və ana vətən olaraq çalışmağın da öz şərtləri və əvəzi var. Biz Quzey Kıbrısda bir əvəz ödədik. Ondan sonra oranın bərpası üçün xeyli pul xərclədik, indi də hər il 1 milyard dollar veririk. Əcəba, hörmətli Akıncı mübarizəni təkbaşına apara biləcəyini mi sanır?! Biz onların baxdığı rakursdan baxa bilmərik. Türkiyənin Quzey Kıbrısa baxışı, bəli, yavru vətəndir, bundan sonra da yavru vətən olaraq baxmağa davam edəcəkdir. Diqqətli olmaq lazımdır”.

R. T. Ərdoğanın çıxışı zamanı M. Akıncı “CNN Türk” telekanalının canlı yayınında olub. O, Ərdoğana belə cavab verib: “Biz elə həmişə yavru qalaq? Heç böyüməyəkmi? Ayaqlarımızın üzərində durmayaqmı? Prezidentliyimin ilk günündə belə bir mübahisənin içinə çəkilməkdən məmnun deyiləm. Türkiyəyə qarşı hər hansı fikir söyləmədim. Əksinə, bərabərhüquqlu münasibətlərdən söz açdım. Fərqli yanaşmalar ola bilər, oturub müzakirə edərik”.

Qeyd edək ki, aprelin 26-da Şimali Kiprdə növbəti prezident seçkiləri keçirilib. Prezident Dərviş Əroğlu 40% səs toplayıb. Solçu Mustafa Akıncı isə 60% səs alaraq qalib gəlib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.