banner
banner

İdman

Tokioda növbəti uğursuzluğumuz

Tokioda növbəti uğursuzluğumuz

Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanın 40 lisenziya üzrə 44 idmançı təmsil edir.

Qol.az-ın xəbərinə görə, iyulun 24-dən bu günə kimi mübarizəyə qoşulan 24 idmançımızdan 21-i çıxışını medalsız başa vurub. Bu gün daha iki idmançımız - cüdoçu Zəlim Kotsoyev və boskçu Məhəmməd Abdullayev 1/8 finalda uduzaraq yarışı tərk ediblər.

Olimpiada ilə erkən vidalaşan idmançılarımız bunlardır:

Cüdo: Aişə Qurbanlı (48 kq.), Kəramət Hüseynov (60 kq.), Orxan Səfərov (66 kq.), Rüstəm Orucov (73 kq.), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq)

Güllə atıcılığı: Emin Cəfərov

Boks: Tayfur Əliyev (57 kq.), Lorenzo Sotomayor (69 kq.), Məhəmməd Abdullayev (+91 kq)

Qılıncoynatma: Anna Başta

Veleyorüş: Elçin Əsədov

Üzgüçülük: Maksim Şemberev və Məryəm Şeyxəlizadəngah

İdman gimnastikası: İvan Tixonov və Marina Nekrasova

Taekvandoçu: Fəridə Əzizova və Milad Beiqi Xerçaqani

Triatlon: Rostivlas Pevstsov.

Badminton: Edi Reski Dviçahyo

Mübarizəyə qoşulan digər idmançılarımızdan boksçular Cavid Çələbiyev (63 kq.), 1/16 finalda, Alfonso Dominges isə 1/8 finalda qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Güllə atıcısı Ruslan Lunyov isə ilk mərhələlərdə uğursuz çıxış edib, amma 25 metr məsafə yarışında da qüvvəsini sınayacaq.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.