ABŞ-ın “Cato İnstitute” mərkəzinin araşdırmasına görə, Ermənistan dünyanın ən bədbəxt ölkələri sırasında 10-cudur.
CİA.Az Modern.az-a istinadən xəbər verir ki, bu, inflyasiyanın və işsizliyin səviyyəsinin aşağı salınması, kredit qoyuluşlarına və digər göstəricilərə görə müəyyənləşdirilib.
Reytinqdə 109 ölkə rəy alıb. İlk dörd ən bədbəxt ölkə Suriya, Venesuela, Sudan və İrandır.
İlk onluğa Yamayka, Cənubi Afrika, Braziliya və Ermənistan da düşüb.
Maraqlıdır ki, Avropa ölkəsi olan İspaniya bu göstəricilərə görə 11-cidir. Azərbaycan bu siyahıda 38-cidir, Rusiya isə 47-ci.
Ən xoşbəxt ölkələrə gəldikdə, İsveçrə ilk sıradadır, onun ardınca Yaponiya, Çin, Tayvan, Cənubi Koreya, Sinqapur, Malayziya və Tailand gəlir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.