banner
banner

İdman

Tokio-2020: Azərbaycanın 3 idmançısı mübarizə aparacaq

Tokio-2020: Azərbaycanın 3 idmançısı mübarizə aparacaq

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, avqustun ilk günündə 25 dəst medal sahibini tapacaq. Azərbaycan yığmasının üç idmançısı da mübarizə aparacaq. Bugünkü çıxış onlar üçün fərqli xarakter daşısa da, hər üç təmsilçimiz final arzusunda olacaq.

Atletika yığmamız Tokioda Anna Skidanla debüt edəcək. Çəkicatanımız yarışdakı startını təsnifat mərhələsində gerçəkləşdirəcək. O, final mərhələsinə yüksələnlər sırasına düşməyə çalışacaq.

Güllə atıcısı Ruslan Lunyov da təsnifat mərhələsində mübarizə aparacaq. O, Yaponiyadakı ikinci startında finalçılar sırasında olmaq üçün atəş açacaq.

Onlardan fərqli, artıq medalı təmin edən boksçumuz Alfonso Dominqes yarımfinal döyüşündə gücünü sınayacaq. O, Olimpiadalar tarixində finala çıxan ikinci boksçumuz olmaq üçün kubalı Arlen Lopesi yenməlidir. Boksçumuz qalib gəlsə ən azı ilk gümüşü təmin edəcək. O, uduzsa isə yığmamızın Tokioda ikinci bürüncü rəsmiləşəcək.

1 avqust

03:30. Güllə atıcılığı, kişilər. 25 m məsafədən pnevmatik tapança ilə atəş açma. Təsnifat mərhələsi. Ruslan Lunyov
04:10. Atletika, qadınlar. Çəkicatma, təsnifat mərhələsi. Anna Skidan
13:51. Boks, kişilər. 81 kq, yarımfinal. Alfonso Dominqes – Arlen Lopes (Kuba)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.