"İnter" Mauro İkardi ilə müqavilə yeniləməyə yaxındı. Cia.az-ın məlumatına görə, "neradzurrilər" forvarda illik 2,8 milyon avro təklif edib. İkardi yeni təklfii qəbul edib. Bununla yanaşı, əgər 22 yaşlı argentinalı futbolçu 2014-15 mövsümündə İtaliya A Seriyasının bombardiri olarsa, onun məvacibi 3,2 milyon avroya qədər yüksələcək. Bu barədə İkardinin müqaviləsində xüsusi bənd var. Hazırda İkardinin həmyerlisi Karlos Teves 18 qolla İtaliyada ən məhsuldar futbolçular siyahısına başçılıq edir. İkardi ondan cəmi 1 qol geri qalır. Qeyd edək ki,İkardi İtaliya A Seriyasının son turunda "Roma" nın qapısına qələbə topunu vuraraq komandasının 2-1 qalibiyətində önəmli rol oynayıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.