banner
banner

Dünya

Çexiyada iki sərnişin qatarı toqquşub

Çexiyada iki sərnişin qatarı toqquşub

Çexiyanın cənub-qərbində yerləşən Domajlits şəhəri rayonunda, Milavçe kəndi yaxınlığında iki sərnişin qatarı toqquşub, ölənlər və yaralananlar var.

AZƏRTAC xəbər verir ki, STK agentliyinin Çexiyanın nəqliyyat naziri Karel Havliçekə istinadla yaydığı məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub, çox sayda insan yaralanıb.

“50-yə yaxın insan xəsarət alıb. Vəziyyət ciddidir. Mən hadisə yerinə gedirəm”, - deyə Karel Havliçek bildirib.

Yanğından Mühafizə İdarəsinin nümayəndəsi Peter Ponsarın sözlərinə görə, insident nəticəsində 38 sərnişin yaralanıb. Onlardan yeddisinin vəziyyəti ağırdır.

Hadisə yerinə üç tibb helikopteri, onlarla təcili tibbi yardım maşını və çox sayda xilasedici cəlb olunub.

İlkin məlumata görə, faciə qatarlardan birinin semaforun qırmızı işığında keçməsi nəticəsində baş verib. İnsidentin səbəblərini polis ekspertlərinin də daxil olduğu xüsusi komissiya araşdıracaq.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.