banner
banner

İdman

"Messini başqa komandanın formasında görmək ağrılı olacaq"

"Messini başqa komandanın formasında görmək ağrılı olacaq"

"Barselona"nın sabiq futbolçusu Andres İnyesta Lionel Messinin PSJ -yə keçidindən danışıb.

Qol.az xəbər verir ki, Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edən 37 yaşlı yarımmüdafiəçi AFP-yə açıqlamasında bu gedişin "Barselona"ya çox çətinlik yaradacağını bildirib:

"Barselona"da nə baş verdiyini, hadisələrin necə inkişaf etdiyini bilmirəm, amma klubun bu gedişdən sonra özünə gəlməyi üçün vaxt lazım olacaq.

Messini başqa komandanın formasında görmək ağrılı olacaq. Leo "Barsa"nı təcəssüm etdirir. O, klub üçün hər şeydir. Messi bir komandadan çox olan oyunçudur. Mən heç vaxt belə oyunçu görməmişəm. Heç görməyəcəyimi də düşünmürəm. "Barselona" ən yaxşı klublardan biri olaraq qalacaq. Bu klub zirvədə olmalıdır".

Qeyd edək ki, Messi ilə İnyesta 14 il (2004 - 2018) "Barselona"da komanda yoldaşı olublar.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.