banner
banner

İdman

"Aberdin"in baş məşqçisi "Qarabağ"la oyunlardan danışdı

"Aberdin"in baş məşqçisi "Qarabağ"la oyunlardan danışdı

Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Aberdin” (Şotlandiya) klubunun baş məşqçisi Stiven Qlass Ağdam təmsilçisi ilə keçiriləcək görüşlər haqqında danışıb.

Qol.az xəbər verir ki, 45 yaşlı mütəxəssis 3-cü təsnifat mərhələsinin "Breydablik"lə (İslandiya) cavab matçından sonra pley-off görüşləri barədə fikirlərini bölüşüb. Şotlandiyalı mütəxəssis Bakı səfərindən qələbə ilə qayıtmaq istədiklərini bildirib:

“Qarabağ”la ilk matçı səfərdə keçirəcəyik. Sərfəli nəticə ilə geri dönməliyik. Məqsədimiz orada qələbə qazanmaq olacaq. Sonra növbəti cümə axşamı gecəsi burada böyük azarkeş dəstəyi ilə qrup mərhələsinə düşməyə çalışan qətiyyətli bir komanda görəcəksiniz”.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun avqustun 19-da Bakıda, cavab görüşü isə avqustun 26-da Aberdində keçiriləcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.