banner
banner

Sosİal

TƏBİB: Peyvəndin ilk dozasından 6 həftə sonra qoruyuculuq yaranır

TƏBİB:

Koronavirus peyvəndinin ilk dozasından 6 həftə keçmədiyi müddətdə koronaya yoluxma təhlükəsi ilə üz-üzəyik.

Bunu ARB24-ün "Gündəm" verilişinə açıqlamasında TƏBİB rəsmisi, həkim-infeksionist Fərrux Sədirov deyib. O bildirib ki, peyvəndin I dozasını vurduran şəxslər qorunma tədbirlərinə ciddi yanaşmır:
.
"Son aylar müəyyən yumşaldılmara gedildi, amma yumşaldılmaların altında sosial məsafə, maska və əl gigiyenasına riayət olunması şərti ilə bağlı qeydlər var idi. Lakin bu qaydalara riayət olunmur. Təbii ki, kiçik yoluxma ocaqları artaraq daha çox yoluxmaya səbəb ola bilir. Təmasların artmasını yoluxma rəqəmlərinə təsir edən birinci faktor olaraq göstərə bilərik. İkinci faktor Delta ştamının klassik COVİD 19-la müqayisədə daha çox yoluxdurma qabiliyyətinə malik olmasıdır. Digər səbəb isə hələ də vaksin vurdurmayan şəxslərin olmasıdır. Ötən dəfə mətbuat konfransında da deyildi ki, yoluxanların 90 faizindən çoxu vaksin olunmayan vətəndaşlardır. Yoluxmanın artmasının digər səbəbi isə natamam, yəni birinci dozanı vurdurandan sonra qorunma tədbirlərini yumşaldan şəxslərdir. Xüsusilə qeyd edim ki, birinci dozadan sonra qoruyuculuq praktiki olaraq olmur. İkinci doza peyvənd vurulandan sonra orqanizmimizdə antitel istehsal edilir və koronaya qarşı qoruyuculuq yaranır. Bu gün İlk dozadan və ikinci dozanın ilk 2 həftəsində yoluxanların sayı heç də az deyil, xeyli sayda yoluxma var".

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.