Bu günlərdə İran Milli Neft Şirkətinin dəvətilə SOCAR-ın nümayəndə heyəti İran İslam Respublikasında səfərdə olub.
SOCAR-dan Cia.az-a verilən məlumata görə, İranın Ofşor Neft Şirkətinin və Neft Sənayesi Elmi Tədqiqat İnstitutunun nümayəndələri ilə keçirilmiş “Texnologiyaların transferi” mövzusunda görüşdə SOCAR-ın işlədiyi nanotexnologiyalar, bu texnologiyaların əsas xüsusiyyətləri və tərəflərin niyyətləri müzakirə edilib, əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib.
Qeyd olunub ki, bu ilin fevral ayında İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutunun əməkdaşlarından ibarət nümayəndə heyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətində
olub. SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ilə aparılmış danışıqlarda əməkdaşlıq perspektivləri, xüsusilə İranın neft yataqlarında SOCAR-ın nanotexnologiyalarından istifadə məsələləri müzakirə olunub, ikitərəli əlaqələrin daha da dərinləşməsinin vacibliyi önə çəkilib.
İran səfərinin sonunda bu ölkənin neft ehtiyatlarının hasilatında və nəqlində SOCAR-ın nanotexnologiyalarının tətbiqi ilə bağlı Dövlət Neft Şirkətinin “Nanotexnologiyalar” Departamenti, İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutu və İranın Ofşor Neft Şirkəti arasında üçtərəfli əməkdaşlıq protokolu imzalanıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.