Mayın sonunadək Bakı Metropoliteninin istifadə edilən xətlərinin birində 3 yeni qatar istismara veriləcək. "Alstom" şirkəti Bakı metrosu sisteminin vaqonları üçün iki yeni qatar seksiyasının dinamik sınaqlarına başlayıb. Məlumata görə, şirkət ümumilikdə hər biri 5 vaqondan ibarət 3 qatar tədarük edəcək. Metronun yeni vaqonları "Metrovaqonmaş" şirkəti tərəfindən 81−760Б/761B/763B modeli əsasında layihələndirilib. Azərbaycanda ilk dəfə olaraq metro qatarları vaqonlararası keçidə malikdir. Qatarın salonunda işıq-diod işıqlandırma təşkil edilib ki, bu da elektrik enerjisinə qənaət etməyə imkan verəcək. Vaqonlararası keçid sayəsində qatarın sərnişin tutumu 1047 nəfərədək artırılıb. Qatarda 202 erqonomik oturacaq nəzərdə tutulub. Yeni qatar seksiyalarının baş vaqonu məhdud imkanlı şəxslərin təhlükəsiz gedişini təmin edən qurğu ilə təchiz edilib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.