Azərbaycanda qeyri-ənənəvi nişan mərasimi təşkil edilib. CİA.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, Nəfəs LGBT (lezbiyan,gey, biseksual, transeksual) Azərbaycan Alyansının prezidenti Atilla Bəy Cavid eynicinsli sevgilisi ilə nişanlandığını bəyan edib. O, bu barədə şəxsi facebook səhifəsində məlumat verib:
“Bəli biz bunu etdik. Homofob cəmiyyətimizə meydan oxuduq. Hünərli, cəsarətli olan hər kəsə qismət olsun. Sevginin cinsi yoxdur, unutmayın bunu. Bu hadisəni bəyənməyənlər də xahiş edirəm öz fikirlərini ve dedi-qodularını özlərinə saxlasınlar. Xoşbəxt günümüzə sevinən və dəstək olan hər kəsə isə təşəkkürlər!”
Qeyd edək ki, Azərbaycanda eynicinsli şəxslərin nikahı qanunla qadağandır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.