banner
banner

Şou

80 yaşlı Nobel mükafatçısı 12 yaşlı qıza təcavüz etməkdə ittiham olunur

80 yaşlı Nobel mükafatçısı 12 yaşlı qıza təcavüz etməkdə ittiham olunur

80 yaşlı məşhur musiqiçi və Nobel mükafatçısı Bob Dilan 12 yaşlı qıza təcavüz etməkdə ittiham olunur.

"The Guardian" qəzetinin yazdığına görə, Konnektikut ştatının Qrinviç şəhərində yaşayan 68 yaşlı qadın 12 yaşında olarkən Dilanın ona dəfələrlə təcavüz etdiyini iddia edib. Qadının sözlərinə görə, hadisə 1965 ci ilin aprel, may aylarında baş verib. Həmin vaxt Dilan 23-24 yaşlarında olub. Məsələ ilə bağlı məhkəməyə müraciət edən qadın iddia edib ki, Dilan musiqiçi statusundan istifadə edərək, ona qarşı dəfələrlə cinsi təcavüz edən zaman, həm də ona narkotik maddələr verib.

Hazırda 80 yaşında olan Bob Dilanın sözçüsü iddiaları rədd edərək bildirib:
"56 il bundan əvvəl bu cür hadisənin baş verdiyini iddia etmək həqiqətə uyğun deyil. Sona qədər bu məsələdə mübarizə aparacağıq".

Xatırladaq ki, məşhur rok ifaçısı olan amerikalı Bob Dilan 2016-cı ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Musavat.com

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.