Müdafiə naziri “Dəniz təməl komando kursu”nun buraxılış mərasimində iştirak edib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti “Dəniz təməl komando kursu”nun buraxılış mərasimində iştirak edib.
Cia.az Müdafiə Nazirliyiinin Teleqram kanalına istinadla xəbər verir ki, Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edən Müdafiə naziri məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun bütün hərbi qulluqçuları kimi, dəniz piyadalarının da şücaətini xüsusi vurğulayan nazir hərbçilərimizin qəhrəmanlıqlarının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
Türkiyəli peşəkar təlimatçıların cəlb olunduğu kursun yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Müdafiə naziri türkiyəli zabitlərə və bütün heyətə təşəkkürünü bildirib. Nazir Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlığının daha da yüksəldilməsinə böyük töhfə verən bu kimi kursların davam etdiriləcəyini qeyd edib.
Sonra kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub və məzunlara sertifikatlar təqdim edilib. Kursda fərqlənən hərbi qulluqçular və təlimatçılar fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Buraxılış mərasimi başa çatdıqdan sonra dəniz piyadalarının istifadəsində olan silah və digər hərbi vasitələr nümayiş etdirilib. Məruzə edilib ki, bu silahlar Vətən müharibəsi zamanı da qarşı tərəfin məhv edilməsində geniş tətbiq olunub.
Sonda hərbi hissənin ərazisindəki təlim poliqonunda sualtı hücum və sualtı müdafiə bölmələrinin təlim epizodları izlənilib.
Xüsusi təyinatlıların nümunəvi çıxışlarını izləyən Müdafiə naziri tapşırıqların daha keyfiyyətli icra edilməsi ilə bağlı komandanlığa müvafiq göstərişlər verib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.