banner
banner

Dünya

BMT daha 120 əməkdaşını Əfqanıstandan təxliyə edib

BMT daha 120 əməkdaşını Əfqanıstandan təxliyə edib

BMT daha 120 əməkdaşını və qeyri-hökumət təşkilatlarının nümayəndələrini Əfqanıstandan Qazaxıstana təxliyə edib.

“Report” xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrikin açıqlamasında deyilir.

"BMT avqustun 22-də Əfqanıstanda 120 nəfəri Əfqanıstanın paytaxtı Kabildən çıxararaq Alma-Ataya aparıb, bu son həftə ərzində ikinci belə aviareysdir. Sərnişinlər arasında BMT əməkdaşları və Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı müttəfiqi olan bir neçə qeyri-hökumət təşkilatının üzvləri var", - açıqlamada deyilir.

“Birləşmiş Millətlər diqqətini özünün minlərlə əməkdaşının və müttəfiqlərinin təhlükəsizliyinin təminatına yönəldib, köməyə ehtiyacı olan milyonlarla əfqana "kritik əhəmiyyətli humanitar və digər yardımlar üzərində işləyir", - Dujarrik qeyd edib.

Qeyd edək ki, ötən həftə BMT-nin təxminən 100 əməkdaşı məsafəli iş rejimində çalışmaq üçün təyyarə ilə Kabildən Alma-Ataya aparılıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.