Azərbaycanı “Eurovision-2015” mahnı müsabiqəsində təmsil edəcək Elnur Hüseynovun oxuyacağı “Hour of the Wolf” mahnısı yeni uğura imza atıb.
Cia.az-ın məlumatına görə, ekran işinə “Eurovision TV”nin rəsmi “YouTube” kanalında 1,437,479 dəfə baxılıb. Bununla da klip “Eurovision-2015” müsabiqəsində səslənəcək mahnılar arasında ən çox baxılan kliplərdən biri olub.
Qeyd edək ki, "Eurovision" Vyanada baş tutacaq. E.Hüseynov mayın 21-də müsabiqənin ikinci yarımfinalında 11 nömrəli ifaçı kimi səhnəyə çıxacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.