banner
banner

Şou

Kayahanın qızı ilə arvadı məhkəməlik oldu

Kayahanın qızı ilə arvadı məhkəməlik oldu

Mərhum müğənni Kayahanın həyat yoldaşı İpek Açar Kömürcü, hazırki əri Alper Kömürcü və onun ailəsi ifaçıya məxsus "Gönül Köşkü" adlı villaya tətilə gedib.

 Bu vəziyyətə müğənninin qızı Beste Açar səssiz qalmayıb. O, "Atamın dəyərlərini, xatirələrinin heçə sayılması məni üzür. Məsələ ilə bağlı hüququ yollara əl atacam" sözlərini söyləyib.

2015-ci ildə dünyasını dəyişən Kayahanın qızı başqası ilə evlənsə də, atasının soyadından istifadə edən Açarı tənqid etmişdi. Kayahanın vəfatından 4 il sonra orkestr rəhbəri ilə evlənən İpek isə onun iradlarına önəm verməyib.

Miras olaraq qalan mahnıların bütün haqlarını üzərinə götürməyə çalışan Açara Beste sərt reaksiya verib. O, həm atasının qalan mahnılarının haqlarını, həm də villa ilə bağlı məhkəməyə müraciət edəcəyini deyib:

"Pul, mülk iddiasında deyiləm. Məni işin mənəvi tərəfi üzür. Onsuz da villaya getmək istəmirəm. Atamla bağlı xatirələr məni buraxmır. Yaşadıqlarımız hər saniyə gözümün önünədir. Orada əri və ərinin ailəsi ilə tətilə getməsi, atamın xatirəsinə heçə sayması məni incidir".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.