Məleykə Abbaszadə: "III qrupda reytinqi yüksək olan ixtisaslarda müsabiqə vəziyyəti ağırlaşacaq"
“III qrupda bu il 600 baldan yuxarı nəticə göstərən 617 nəfərdir. Keçən il isə bu, 555 nəfər idi”.
APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayımda deyib. Onun sözlərinə görə, bu, o deməkdir ki, reytinqi yüksək olan ixtisaslarda müsabiqə vəziyyəti ağırlaşacaq: “Məsələn, hüquqşünaslıq ixtisasına keçid balı 600 bal idisə, bu il daha yuxarı olacaq”.
M. Abbaszadə qeyd edib ki, ötən il keçid balları 400 baldan yuxarı formalaşmışdırsa, bu il keçid balı artacaq. “150 baldan yuxarı nəticə göstərənlər keçən il 17964 nəfər idisə, bu il 16567 nəfərdir. Burada azalma var. Bu azalma müsabiqə vəziyyətinə təsir göstərməyəcək. III qrupda müsabiqə balları daha yüksək olacaq. Ola bilər ki, bəzi ixtisaslarda müsabiqə vəziyyəti ötənilki səviyyədə qalsın”.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.