Mərakeş Kral Dəniz Donanmasının (KDD) bölmələri ölkənin Aralıq dənizi və Atlantik sahilləri boyunca patrul xidmətində çalışaraq, avqustun 19-dan 23 -dək 438 qanunsuz miqrantı xilas edib.
Trend-in məlumatına görə, bu barədə Maghreb Arabe Presse informasiya agentliyi bildirib.
Məlumata əsasən, onların əksəriyyəti subsahara Afrika ölkələrindəndir. Həmçinin xilas edilənlər arasında üç Banqladeş vətəndaşı və bir türk olub. Miqrantlar gəmi ilə yolu keçməyə çalışsalar da çətinliklə üzləşiblər:
"Xilas edilən bütün miqrantlara KDD gəmilərində ilk yardım göstərilib. Bundan sonra onlar sağ-salamat Mərakeşin ən yaxın limanlarına aparılıb və kral jandarma zabitlərinə təhvil verilib"
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.