banner
banner

İdman

Mahir Emreli: "Hisslərimi sözlə ifadə edə bilmirəm"

Mahir Emreli: "Hisslərimi sözlə ifadə edə bilmirəm"

"Düzgün danışa və hisslərimi sözlə ifadə edə bilmirəm. Çox emosional qarşılaşma alındı. Daha əvvəl Çempionlar Liqası və Avropa Liqasında oynamışam, amma bu, xüsusi bir şeydir".

"Report"un məlumatına görə, bu fikirləri Polşanın "Legiya" klubunda çıxış edən Mahir Emreli evdə Çexiyanın "Slaviya" (Praqa) komandasını 2:1 hesabı ilə məğlub etdikləri Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra deyib.

Varşava təmsilçisinin hər iki qoluna imza 24 yaşlı hücumçu görüş ərzində əllərinə düşən şanslardan yararlandıqlarını bildirib: "Özümü əsas qəhrəman kimi hiss edirəmmi? Xeyr. Futbol kollektiv oyunudur. Komanda şəklində mübarizə apardıq və qrupa yüksəldiyimiz üçün xoşbəxtik. Bir-birimizə dəstək olmasaydıq, bu qolları vura bilməzdim".

Emreli çətin rəqiblərlə oynamağa öyrəşdiklərini sözlərinə əlavə edib: "Ən yaxşı komandalarla oynamaq istəyirik. Çox təcrübə toplayırıq. Amma kiminlə oynayacağımızı heç vaxt düşünmürüm. Bu, elə də vacib deyil".

Qeyd edək ki, Çexiyadakı ilk matç heç-heçə yekunlaşıb - 1:1.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.