banner
banner

Şou

“Törəmək üçün doğulmuşam” sözləri qalmaqala səbəb oldu

“Törəmək üçün doğulmuşam” sözləri qalmaqala səbəb oldu

Şou-biznesdə yeni qalmaqalın əsası qoyulub.

Prodüser Tarix Əliyev (Tolik) müğənni Elnarə Xəlilovanın illər əvvəl verdiyi müsahibəni öz hesabında paylaşıb. Tolik ifaçının "Törəmək üçün doğulmuşam" sözlərinə "Allah bütün analara övlad dünyaya gətirmək xoşbəxtliyi nəsib etsin. Amma qadın yalnız törəmək üçün dünyaya gəlib? Elnarə yaxşı anadır, sənətini uşaqlarına qurban verib" deyə münasibət bildirib.

Prodüserin bu fikirləri Elnarəni qəzəbləndirib. O, Tolikin fikirlərinə belə münasibət bildirib:
"8 il bundan öncə olan müsahibəm indi yadınıza niyə düşdü, Tarix bəy? Bir düşünək... Ad günüm də deyil ki, deyim, yadına düşmüşəm. Bilirəm, hamısı böyük sevgidəndir. Bəlkə yeni klipim çıxacaq, ona görə yadınıza düşmüşəm? Axı diqqəti başqa yerlərə yönəltmək lazımdı, analıq-filan.

Əgər siz belə şeylərə əl atmağa başlamısızsa, demək ki, hər şey qaydasındadır və mən düz yoldayam. "Komplimentlərə" görə də təşəkkür. Çünki mən bir çoxlarından fərqli olaraq həqiqətən yaxşı anayam. Bir çoxlarına nümunəyəm. O ki, qaldı qurbanlara - ayda bir mahnı çıxaran və 2 ayda bir klip çəkən adam heç vaxt sənətini qurban verə bilməz. Varsa, misal çəkə biləcəyin mənim kimi məhsuldar sənətçi çək. Analığımla rəqabətə ümumiyyətlə girə bilməzlər".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.