120 milyonluq ad günü etdi, pulunu izləyicilərdən yığdı - Fotolar
Məşhur rusiyalı bloger Yelena Blinovskaya təmtəraqlı ad günü keçirib. 40 yaşını qeyd edən İnstaqram fenomeni bunun üçün Altay dağlarının ətəyini seçib.
Şou-biznes nümayəndələrinin də qatıldığı gecənin aparıcılığını Ksenya Sobçaq və İvan Urqant edib. Ad günündə Filipp Kirkorov, Nyuşa, Svetlana Loboda, Jah Khalid qonaq olublar.
Yelena ad günü məclisinə 120 milyon rubl (2,7 milyon manat) xərcləyib. O, parti üçün beşulduzlu otel kirayə götürüb. gecə boyunca bloger bir neçə fərqli geyimlərdə səhnəyə çıxıb.
5,7 milyon izləyici olan Rusiyanın ən varlı blogeri hesab edilən Blinovskaya xərclərinin yer aldığı çekləri izləyiciləri ilə bölüşüb.
Bloger bank kartını da yayımlayaraq izləyicilərindən ad günü hədiyyəsi olaraq 1 rubl istəyib. Bir neçə saata onun bank hesabına 1 milyon rubl köçürülüb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.