“Türkiyənin populyar “Qurtlar vadisi pusu” serialının qəhrəmanı Polat Ələmdar rolunu canlandıran Necati Şaşmazin müalicəsi 6 həftə sürəcək”.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı Necati Şaşmazın həkimləri yayıb. “Medikal Park Göztepe” xəstəxanasının qulaq-burun-boğaz şöbəsinin rəhbəri, professor Ünal Bayır və plastik cərrah Ercan Cihandide aktyorun vəziyyəti haqda mətbuat konfransı keçirib.
Onlar bildiriblər ki, Necati Şaşmaz müalicə edilən ərəfədə serialın çəkilişlərinə qatılmayacaq.
Qeyd edək ki, çəkiliş zamanı Necati Şaşmazın çənəsinin sümüyü qırılıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.