Türkiyənin tanınmış müğənnisi Rafet El Roman soyadını dəyişib.
CİA.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, müğənni Almaniyada“Yaşdut” soyadının məhkəmə yolu ilə dəyişdirilərək "El Roman" olmasına nail olub. Rafet bunun üçün 4 il mübarizə aparıb. Müğənni bu günə qədər "El Roman" soyadı ilə tanınıb. Lakin bundan sonra Rafetin şəxsiyyət vəsiqəsi və xarici pasportunda "Yaşdut" deyil, "El Roman" soyadı yazılacaq. Sənətçinin Tuğba Altıntopdan olan qızları Su və Şevvalın, 7 illik keçmiş sevgilisi Yeşim Eryıldırımdan olan oğlu Edvanın da soyadları El Roman olaraq qeydə alınacaq. Sənətçi, ailə və qohumlarının etirazlarına baxmayaraq soyadını El Roman olaraq rəsmiləşdirib. Qeyd edək ki, Rafet El Roman "EL ROMAN" adından 1400-cü illərdə yaşayan bir İspan nağıl qəhrəmanı ELROMANO-nun həyat hekayəsindən təsirlənərək, 1992-ci ildən bu günə qədər istifadə edir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.