banner
banner

Sosİal

Ali təhsil müəssisələri tədrisə distant formada başlayacaq? - Nazirlikdən AÇIQLAMA

Ali təhsil müəssisələri tədrisə distant formada başlayacaq?

Sosial şəbəkədə ali təhsil müəssisələrinin yeni tədris ilinə distant formada başlayacağına dair məlumatlar yayılıb.

Təhsil Nazirliyindən sorğusuna cavab olaraq bildirilib ki, yeni tədris ilinin başlanması ilə bağlı vəziyyət təhlil olunur, bu sahədə aparıcı beynəlxalq qurumların tövsiyələri araşdırılır və buna uyğun olaraq fəaliyyət istiqamətləri müəyyən ediləcək:

"Tədrisin bütün pillələr üzrə hansı tarixdə və formada təşkil ilə bağlı qəbul ediləcək qərarlara dair çox yaxın günlərdə ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, təhsil işçilərinin böyük bir hissəsinin vaksinasiya olunması və ali təhsil müəssisələrində 18 yaşdan yuxarı tələbələrdən COVID pasportunun tələb edilməsi 2021-2022-ci tədris ilində təhsil müəssisələrinin ənənəvi təhsil formasına qayıdacağına dair ehtimalları artırıb. Lakin tədrisin konkret hansı formada aparılacağı ilə bağlı hələlik qərar verilməyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.