banner
banner

Hərbİ

Əlahiddə Ümumqoşun Ordunun motoatıcı birləşmələrində döyüş atışlı məşğələlər keçirilir

Əlahiddə Ümumqoşun Ordunun motoatıcı birləşmələrində döyüş atışlı məşğələlər keçirilir

Əlahiddə Ümumqoşun Ordunun motoatıcı birləşmələrinin təlim mərkəzi və poliqonlarında şəxsi heyət aktiv məşğələlərə cəlb edilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, səhra şəraitində və çətin relyefli ərazilərdə təşkil olunan məşğələlərdə komandirlər tərəfindən tabelikdə olanların silahla davranış qaydaları, nəzəri bilikləri və praktiki bacarıqları yoxlanılır.

Şəxsi heyətin döyüş meydanında hədəfləri məhv edərək sağqalmaq vərdişlərinin təkmilləşdirildiyi məşğələlərdə silah nümunələrinin tətbiqi səviyyəsi döyüş atışları ilə qiymətləndirilir.

Məşğələlərdə atıcı silahlardan və qumbaraatanlardan praktiki atışlar yerinə yetirilir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.