banner
banner

İdman

Stiven Kenni: "Azərbaycan millisi ilə oyun xüsusi olacaq"

Stiven Kenni: "Azərbaycan millisi ilə oyun xüsusi olacaq"

"Başqa alternativimiz yoxdur. Özümüzü ələ almalıyıq".

"Report"un məlumatına görə, bunu İrlandiya millisinin baş məşqçisi Stiven Kenni evdə Azərbaycana qarşı keçirəcəkləri dünya çempionatının seçmə mərhələ oyunu barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis qarşıdakı matçın onlar üçün xüsusi olacağını bildirib: "Seçmə mərhələdə ilk dəfə doğma azarkeşlərimiz qarşısında oynayacağıq. Bu, futbolçular üçün böyük stimul olacaq. Ümid edirəm ki, oyunçular fanatların müsbət enerjisindən faydalana biləcəklər".

Qeyd edək ki, sentyabrın 4-də Dublindəki "Aviva" stadionunda oynanılacaq İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.