“Marş İrəli” layihəsinin 4-cü mövsümü Naxçıvanda start götürüb
Ölkə gənclərində vətənpərvərlik ruhunun yüksəldilməsi, fiziki dözümlülüyün artırılması, rəqabətədavamlı və sağlam gəncliyin inkişafına xidmət edən “Marş İrəli” adlı hərbi simulyasiyalı layihənin 4-cü mövsümünə Naxçıvan ev sahibliyi edir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Heydər Əliyev adına Hərbi Liseydə təşkil olunan açılış mərasimi ilə layihəyə start verilib. Mərasimdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himnimiz ifa olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev “Marş İrəli” layihəsinin qədim diyarımızda gerçəkləşən uğurlu tədbirlərdən biri olacağına inamlarını ifadə ediblər.
Açılış mərasiminin ardınca iştirakçılar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüb, Heydər Əliyev Muzeyi ilə tanış olublar. Daha sonra Şəhidlər Xiyabanı və Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olan soydaşlarımızın ruhuna dualar oxunub. Nahar fasiləsindən sonra iştirakçılar Əcəmi Seyrangahında olub, ümummilli liderin burada ucaldılmış büstü ziyarət olunub, ardınca Mömünə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, həmçinin Xan Sarayı Dövlət Tarix-Memarlıq Muzeyi ilə tanış olublar. Axşam saatlarında tədbirin açılış konserti reallaşıb.
5-9 sentyabr tarixlərini əhatə edəcək layihənin gündəlik proqramı tərtib olunub, düşərgə üçün əlverişli məkan seçilib. “Marş İrəli”nin konseptinə uyğun olaraq gender bərabərliyi qorunmaqla 17-25 yaş aralığında, həqiqi hərbi xidmət keçməmiş 100 gənc düşərgədə iştirak haqqı qazanıb. Onlardan 70-i Naxçıvan gəncləridir.
Layihə Əlahiddə Ümumqoşun Ordunun dəstəyi, Azərbaycan Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.