banner
banner

Dünya

Ermənistanın keçmiş baş prokuroru həbs ediləcək

Ermənistanın keçmiş baş prokuroru həbs ediləcək

Ermənistanın keçmiş baş prokuroru Aqvan Ovsepyan həbs ediləcək.

Bu barədə “Report” “Pastinfo”ya istinadən xəbər verir.

Qeyd edilir ki, Yerevan Məhkəməsinin hakimi Mnasakan Martirosyan gözlənildiyi kimi, Xüsusi İstintaq Xidmətinin müstəntiqinin vəsatətini təmin edib və ölkənin keçmiş baş prokuroru, İstintaq komitəsinin sabiq sədri Aqvan Ovsepyanın həbsi haqqında qərar qəbul edib.

Vəkil Sasun Rafaelyan agentliyə bildirib ki, məhkəmənin qərarının alınmasından sonra şikayət edəcək.

Aqvan Ovsepyan dünən – sentyabrın 7-də səhər il yarım əvvəl qaldırılmış cinayət işi çərçivəsində saxlanılıb.

Xüsusi İstintaq Xidmətinin məlumatına görə, 2004-cü ildən 2008-ci ilə qədər baş prokuror, sonra İstintaq Komitəsinin sədri vəzifəsini tutmuş Ovsepyan 1,3 milyarddan çox dramın mənimsənilməsində vasitəçi olub. O, ayrıca 190 milyon dram məbləğində rüşvət alıb və 800 milyon dram məbləğində əmlakı mənimsəyib. Ovsepyana Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə ittihamlar irəli sürüb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.