banner
banner

Şou

AZAL-dan Elzaya qadağa

AZAL-dan Elzaya qadağa

Əməkdar artist Elza Seyidcahanın Bakı-İstanbul reysində konsert verəcəyi ilə bağlı açıqlaması ölkədə birmənalı qarşılanmayıb.

Bu olaya “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin reaksiyası sərt olub.

Cia.az-ın məlumatına görə, AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli aznews.az-a bildirib ki, Elza Seyidcahan təyyarədə konsert verə bilməz:
“İstər “Bakı-İstanbul” reysi olsun, istərsə də başqası, heç bir sənət adamı təyyarədə konsert verə bilməz. Qanunvericilikdə bu, qadağandır. Sərnişinləri mənzil başına çatdırmaq üçün müəyyən proqram var. Təyyarə o missiyanı yerinə yetirməkdən ötrü uçur. Orda hamı sakit oturur, kəmərlər bağlanır, təyyarə bələdçilərinin dediyinə əməl edir. Elza Seyidcahan isə konsert verəndə gərək rəqs etsin. Masallah, onun enerjisi çoxdur”.
Cia.az 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.