Vətəndaş Nəsir Məmmədli evinə “Dönüş-1 MMC” tərəfindən ziyan dəydiyini açıqlayıb.
“ Hazırda ərazidə yalnız 2, 16 və 19 saylı mənzillər qalıb. Tikinti sahənin düz ortasındadır. Onlar bizimlə heç bir razılığa gəlmirlər, elə şərtlər irəli sürürlər ki, ağlı başında olan şəxs onu qəbul etməz. Ordan çıxmağımız üçün bizə təzyiq göstərirlər. Ərazidəki evlər bir-birinə bitişik tikilib. Əllə deyil, ekskavatorla bütün ətraf evlərin hamısını söküblər. Hazırda evimiz pis gündədir. Divarlarda çatlar yaranıb, döşəmə aralanıb, fundamenti pozulub. İstəyirlər ki, evimiz tam uçsun, sonra onlarla razılaşaq. Hətta bizi məhkəməyə də vermişdilər. Amma uduzdular. Məhkəmə qərar çıxartdı ki, mülkiyyət sahiblərinin hüquqlarına toxunula bilməz”.
Şikayətçi açıqlamasında bildirilir ki, “Dönüş”MMC-nin sahibi 15 saylı Yasamal 1-ci seçki dairəsindən seçilən deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadədir:
Deputatın oğlu Mətbuatın səhifələrini bəzəyir
Orxan Quluzadə ismi dəfələrlə mətbuatda hallanıb, adı yenidən mətbuat səhifələrini bəzəyən Orxan daim qalmaqallı hadisələrlə gündəmə gəlir.
Icra başçısı vətəndaşın tərəfindədir
“Deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadə 2 dəfə mənimlə razılaşmaq istəyib. Elə təklif verib ki, yəni sənə daxma verim, çıx burdan. İcra başçısı da bizim tərəfimizdədir. Oraya gələrək bildirdi ki, qanunla həmin ərazidə tikinti aparıla bilməz. İcra başçısının sözlərinə məhəl qoymayaraq, tikintini davam etdirirlər. Orxan Quluzadənin özü tez-tez tikinti gedən yerə baş çəkir.
Vətəndaş iddia edir ki, məsələ ilə bağlı əlində faktlar da var. 005 seriyalı avtomobil ilə dəfələrlə tikinti gedən əraziyə baş çəkib.
Nəsir Məmmədlinin yeganə evinə dəyən zərəri ödəməkdən boyun qaçıran MMC-ni vətəndaşın necə yaşayacağı maraqlandırmır.
“Dönüş-1 MMC”nin satış üzrə meneceri Həbib Məmmədov israr edir ki, onlar heç kimin toyuğuna daş atmayıb.
Vətəndaşı ələ salmaq???
“Onun evi 200 il bundan əvvəl tikilib. Onun evinə yaxın məsafədə yerləşən evləri əllə sökdürmüşük ki, evə ziyan dəyməsin. Vətəndaş tələb edir ki, mənə 600-700 min manat kompensasiya verməlisiniz. Evin öz qiyməti 30.000 civarındadır. Evinə qonşu ev dayısının evidir. Heç birinə müdaxilə etmirik. Şirkətin isə deputat oğlu ilə əlaqəsi yoxdur. Əvvəl başqa bir deputatın adını çəkirdilər, indi də ayrı bir deputatın adını çəkirlər”.
Cia.az


