CIA.AZ xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Keçmiş Milli Qəhrəman, 1956-cı il təvəllüdlü Əkbərov Rasim Ağa oğlu bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, R.Əkbərovu bıçaqlayan şəxs Xaliq Məmmədov adlı gəncdir. O, polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, R.Əkbərova 1992-ci ildə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilsə də, həbs olunandan sonra 2001-ci ildə bu addan və "Azərbaycan Bayrağı" ordenindən məhrum edilib.
O, dövlət çevrilişinə cəhddə günahlandırılmış və 15 illik həbs cəzası almışdı.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.