Abşeron rayonu Masazır kəndi ərazisində 1 km ərazidə evlər sökülə bilər. Buna səbəb Masazır kəndində təbii qaz mənbəyinin olmasıdır. Cia.az-ın məlumatına görə, ərazidə tədqiqat aparan Geologiya İnstitutunun Neft və qazın gelogiyası və geokimyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvi, professor Əkbər Feyzullayev movqe.az-a açıqlamasında sözügedən ərazidə təbii qaz çıxışlarının olduğunu təsdiqləyib: "Həmin ərazidə təbii qaz çıxışları var. O ərazidə yerin altından çıxan qaz texnogen qaz deyil. Sözügedən ərazidə qaz yataqları var. Bu da ərazidə vulkanların olması ilə bağlıdır. Bildiyiniz kimi, o ərazidə Keyrəki vulkanı da var. İndidən sahəsini açıqlaya bilmərəm, amma təbii qaz çıxışları xeyli ərazini əhatə edir. Biz bununla bağlı yekun qərarı bu günlərdə açıqlayacağıq. Bundan sonra həmin ərazidəki tikililərin aqibəti ilə bağlı aidiyyatı qurumlar qərar verəcək".
Qeyd edək ki, aprel ayının 9-da qəsəbənin Sarı Aşıq küçəsində Elxan Aslanova məxsus fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş vermişdi. Bundan sonra 4 gün ərzində qəsəbəyə, bir müddət isə həmin küçəyə qaz verilişi dayandırılıb. Həmin partlayışa yerin altından çıxan səmt qazının sızmasının səbəb olduğu bildirilirdi. Xeyli vaxtdır ki, burada tədqiqat aparılır. Əgər yerin altından çıxan qazın məişətdə istifadə üçün əlverişli olduğu təsdiqlənsə, 1 km ərazidə evlər söküləcək. Bu da hardasa 25-300 evin sökülməsi deməkdir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.