banner
banner

Şou

Televiziyanın bir estetika mədəniyyət olaraq tezliklə tarixə düşəcəyini görürəm-M.Arif

Televiziyanın bir estetika mədəniyyət olaraq tezliklə tarixə düşəcəyini görürəm-M.Arif

Bəstəkar-müğənni Murad Arifin sosial şəbəkədə yerli televiziyalarla bağlı yazdığı status müzakirələrə səbəb olub.

Cia.az ın  xəbər verir ki,  M. Arif feysbuk sosial şəbəkəsində  qeyd edib ki, Azərbaycanda cəmi üç kanalın olması daha məqsədəuyğundur.

“Azərbaycanda ən ideal televiziya mühiti odur ki, ölkədə 3 kanal olsun. Mütəxəssislərdən ibarət, bahalı avadanlığı olan, əlçatmazlığı, sanbalı, güclü maddi bazası, yüksək maaşı olan, hər azan-təzəni aparıcı, qonaq, ekspert, ulduz kimi təqdim etməyən 3 kanal. Bəli, mövcud reallıq üçün cəmi 3 telekanal.

 

Onsuz da bildiyimiz rəqabət yoxdur, olası deyil. Kütləvi şəkildə qonşularımıza baxırıq, xəbərlər əsasən “copy/paste”. Tutalım ki, bunlar taleyimizdir, olsun...

Birləşdirin hamısını, cəmi 3-nü düzəldin, amma kanal kimi kanal olsun. “Filankəsi televizorda göstəriblər, filankəs filan kanalda işləyir”,- deyə bir həyəcan qayıtsın həyatımıza... Prestij qayıtsın televiziyaya!

9-10 dənə kasıb dekoru, kasıb qrafikası olan, keyfiyyətsiz trendlərdən, sosiska-kolbasa və tolkuçka köşklərinin qəpiq-quruşundan asılı kanal yox, keyfiyyəti ilə qonşularımıza azca yaxın olan 3 kanal olsun. Cəmi 3 kanal! Bəsimizdir”.

Sözügedən posta tanınmış prodüser Oktay Əliyev şərh yazıb. O, sosial şəbəkələrin bayağılığı təbliğ etdiyini vurğulayıb:

“Ən müasir texnikası, bol texniki heyəti, yüksək maaşı (8-15 min AZN arası), ildə 40 milyon AZN büdcəsi olan AzTV, 25 milyon AZN büdcəsi olan İTV var. Və?

Ən səviyyəsiz mahnıları, xəbərləri sosial media yayır. Yoldan keçən hər kəs özünə yutubda bir “TV” açıb , ağzına gələni, gözünə görünəni danışır. Amma bir adam bu günə kimi onlar haqqda bir söz yazmır. Gəlin qıran qabın səsi çıxmır”.

M. Arif daha sonra həmin yazısının şərh bölməsinə əlavə edib:

“Mən televiziyanın bir estetika, mədəniyyət olaraq tezliklə tarixə düşəcəyini görürəm. TV yalnız bahalı “entertrainment” məkanı kimi mövcuddur ölkələrdə...

Xəbər sektorunu onsuz da yutub və şəbəkələr qapdı. Bəli, Rusiya, Türkiyə, lap ABŞ, Fransa, İngiltərədə də ənənəvi media informasiya kontekstində internet mediasına uduzmuş durumdadır.

Bu reallıqda ölkəmizdə də 3 keyfiyyətli kanal olsun deyirəm. Vizualına, keyfiyyətinə, əyləncəsinə görə”.

TV aparıcısı, jurnalist İradə İsaq ifaçının şərhinə belə rəy verib: “Televiziya ölkənin problemlərinin müzakirəsi, informativliyi üçün yalnız maraqlı ola bilər. Məhz elə sosial şəbəkələr əyləncə ilə doludur. Amma doğru xəbərləri, analizləri izləmək üçün insanlar TV-ni axtarır. O da olmadığına görə kimsəyə gərək deyil artıq”.

 

 

 
 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.