banner
banner

Hərbİ

Selçuk Bayraktar: Pualara dünyada böyük maraq var

Selçuk Bayraktar: Pualara dünyada böyük maraq var

 

Türkiyənin istehsal etdiyi silahlı pilotsuz uçuş aparatlarına (PUA) dünyada böyük maraq var”. Cia.az ın  məlumatına görə, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “Anadolu” agentliyinə açıqlamasında deyib.

 

Bayraktar bildirib ki, xüsusən İdlib və Qarabağdakı müharibədən sonra Türkiyənin “Bayraktar TB2” PUA-sına maraq çox artıb.

“Hətta bəzən elə olur ki, “Bayraktar TB2” üçün sifarişləri yerinə yetirməkdə çətinlik yaranır”, - deyə S. Bayraktar qeyd edib.

O, indiyə qədər 10-dan çox sazişin imzalandığını vurğulayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.