Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə müharibə etmək ehtimalının olduğunu qəbul edib. Cia.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. Zelenski Rusiya ilə münasibətlər barədə danışdığı forumda Ukraynanın heç vaxt Rusiyanın bir hissəsi olmayacağını dilə gətirib: “Rusiya ilə müharibə etmək ehtimalı var, ancaq bu ən böyük səhv olardı. Onu da qeyd etmək istəyirəm ki, Ukrayna heç vaxt Rusiyanın bir hissəsinə çevrilməyəcək”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.