banner
banner

Dünya

"Əhməd Məsud Əfqanıstanı tərk etməyib"

"Əhməd Məsud Əfqanıstanı tərk etməyib"

Əfqanıstanın Pəncşir müqavimət cəbhəsinin lideri Əhməd Məsud Əfqanıstanı tərk etməyib.

Bu barədə İranın "FarsNews" agentliyi məlumat yayıb.

Məlumata görə, Məsud təhlükəsiz bir yerdədir və onun Əfqanıstanı tərk etməsi ilə bağlı şayiələr həqiqətə uyğun deyil.

Bundan bir gün əvvəl yerli “Afghanistan Times” qəzeti Pəncşirin üç rayonunun “radikallar”dan geri alındığı barədə məlumat yayıb.

Qeyd edək ki, avqustun 15-də Əfqanıstan prezidenti Əşrəf Qani səlahiyyətlərini təhvil verərək ölkəni tərk edib və “taliblər” döyüşsüz Kabilə giriblər. Lakin radikallarının hakimiyyəti ilə razılaşmayanlar Əhməd Məsudun başçılığı ilə Pəncşirdə müqavimət təşkil ediblər

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.