banner
banner

Hərbİ

Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü ilə bağlı paytaxtda yürüş başlayıb.

Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü ilə bağlı paytaxtda yürüş başlayıb.

Cia.az xəbər verir ki, üç hissədən ibarət olan yürüşün 2-ci marşrutu Səməd Vurğun bağından başlayıb.

Yürüşdə hərbi orkestrin müşaiyəti ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyəti iştirak edir.

Yürüş 28 May küçəsi - Bülbül prospekti, Neftçilər prospekti və Azadlıq meydanı istiqamətində davam edəcək.

Qeyd edək ki, Bakının azad olunmasının 103 illiyi münasibətilə keçirilən yürüşlə bağlı paytaxtın bir neçə istiqamətdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.

Birinci marşrut Şəhidlər xiyabanı - Türk şəhid abidəsini önü, Mehdi Hüseyn küçəsi, Lermontov, Niyazi, Qoşa Qala Qapısı, Əziz Əliyev, Neftçilər prospekti, Bəhram Gur heykəli, 2-ci marşurut üzrə S,Vurğun bağı - 28 may küçəsi - Bülbül prospekti - Neftçilər prospekti - Azadlıq meydanı istiqamətində hərəkət məhdudlaşdırılıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.