banner
banner

Şou

"Bir ay sonra tamaşaçılarımı sürpriz gözləyir, onun nə olacağını indidən deyə bilmərəm..."

"Bir ay sonra tamaşaçılarımı sürpriz gözləyir, onun nə olacağını indidən deyə bilmərəm..."
“Yay başlayandan tətilimi çox gözəl keçirirəm, hələ də mənim üçün tətil bitməyib, davam edir. Ümumiyyətlə, yay fəslini çox sevirəm. Bu il tətilim daha tez, may-iyun aylarında başladı. Hansısa işimə görə heç vaxt istirahəti təxirə salmamışam. Həyat yoldaşımla istər xarici ölkələrdə, istərsə də Azərbaycanda istirahət etdim. Bu il həyatımda hər bir şey çox gözəl oldu. Şükürlər olsun Allaha. Təbii ki, sənəti də, işi də unutmamışam. Bir ay ərzində tamaşaçılarımı sürpriz gözləyir, onun nə olacağını indidən deyə bilmərəm, özünüz görəcəksiniz və inanıram ki, hər kəs bunu bəyənəcək”
 
Bunu Cia.az-a açıqlamasında müğənni Sevda Yəhyayeva deyib. O daha sonra əlavə edib.
“Həyatın hər anından zövq almaq lazımdır. Deyə bilmərəm ki, həyat indi, yaxud daha əvvəl mənim üçün gözəl idi. Mənim üçün hər anı gözəldir. Yetər ki, həyatda hər şeyi öz axarına buraxmaq lazımdır, nə isə dəyişib-dəyişməmək həmin andan asılıdır. Bizim həyatımızı dəyişə biləcək andan. Yetər ki, etdiyin hərəkətdən sonradan peşman olmayasan. Çox şükürlər olsun ki, həyatda elə bir anlar yaşamamışam ki, sonra da peşman olum” deyə müğənni bildirib.
 
Sevda Yəhyayeva sənət rəqabətlərindən də danışıb.
 
“Bizim müğənnilik sənəti rəqabətləri sevir və bu həmişə olmalıdır. Rəqabət olmayan yerdə tərəqqi və inkişaf olmaz. Əslində bu yaxşıdır. Konkret kimlərin mənimlə rəqabət apardığını bilmirəm. Əgər inkişafdayamsa, mənə çatmaq üçün rəqabət aparmalıdırlar” deyə müğənni bildirib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.