banner
banner

Sosİal

23 sürücü cərimələnib

23 sürücü cərimələnib

Ağstafada yol polisi təhlükəsizlik tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYP) əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi nəzarət-profilaktiki tədbirlər keçirilir.

Keçirilən tədbirlər nəticəsində bir neçə avtomobilin ixrac qazlarının tərkibində olan zərərli maddələrin normadan artıq olduğu üçün atmosferi çirkləndirməsi aşkar edilib. Həmin sürücülər inzibati məsuliyyətə cəlb edilib. Vətəndaşların bir daha diqqətinə çatdırılıb ki, istifadələrində olan nəqliyyat vasitələrinin yanacaq sistemi tənzimləməklə saz vəziyyətə gətirilməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edilməlidir.

DYP əməkdaşları piyadalar ilə də profilaktiki söhbət apararaq, onlara müəyyən edilmiş səkilərdən və piyada keçidlərindən istifadənin həm piyadaların həm də digər şəxslərin təhlükəsizliyi üçün vacib olduğu bildirilib.

Şəhər daxili sərnişin daşıma ilə məşğul olan avtobuslarda aparılan yoxlamalar zamanı isə karantin qaydalarının təmin edilməsi, tibbi maskadan istifadə edilməsi barədə vətəndaşlarla profilaktiki söhbətlər aparılıb, edilən xəbərdarlıqlara baxmayaraq karantin qaydalarını pozan sürücü və sərnişinlər barədə qanunamüvafiq tədbir görülüb. Keçirilən tədbirlər nəticəsində 23 nəfər inzibati məsuliyyətə cəlb olunub



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.