banner
banner

Sağlamlıq

Mineral suyu belə içməyin - QƏTİYYƏN!

Mineral suyu belə içməyin -

Gün ərzində ən az iki şüşə mineral (təbii) su içmək bədənin bütün mineral ehtiyacını qarşılayır. Sudan eyni zamanda mədə, şəkər xəstəliyində və podaqranın müalicəsində (maddələr mübadiləsinin pozğunluğu) istifadə olunur. Mütəxəssislər böyrəkdə daş əmələ gəlməsinin qarşısını almaq üçün bol su içməyi məsləhət görürlər. Orqanizmin gündəlik su tələbatı  ödənmədikdə böyrəkdə daşlar yaranır. Mineral su bədəndəki maye tarazlığının təmin olunmasında da mühüm rol oynayır. Ancaq bu faydaları təmin etmək üçün mineral suyu stəkanda yox, şüşə qabda içmək məsləhətdir. Orqanizm gün ərzində hərəkətdə olduğu üçün xeyli maye və minerallar itirir. İtirilən suyu təmin etmək gündə 2 litr mineral su içməklə geri qazana bilərsiniz. Suyu açıb stəkana tökdükdə (stəkanlar sterilizə olmadığı üçün ), su köpüklənir və (Co2) mineral maddələrini itirir, ona görə də suyu butulkada içmək daha məsləhətlidir. Həmçinin butulkanın şüşədən olmasına xüsusi diqqət etmək lazımdır.

Sularının tərkibində xeyli minerallar var və bu minerallar sağlamlığınıza sağlamlıq qatır. Məsələn: maqnezium-hüceyrə qılafına və daxili bir çox bioloji proseslərə kömək edir. Həmçinin əzələ ilə əsəblərə elektrik siqnallarının çatdırılmasını təmin edir. Ürək və damar xəstəliklərinin qarşısını alır. Damarlarda yağ və kalsiumun yığılıb qalması, xərçəng toxumalarının yaranması əsasən maqnezium çatışmazlığından qaynaqlanır. Natrium-bədən mayelərində ən çox element olan və maye balansının tənzimlənməsini təmin edən maddədir. Natrium həmçinin sinir siqnallarının daşınmasında da mühüm yer tutur. Sulfat bağırsaqların və öd kisəsinin müntəzəm işləməsinə köməkçi olur. Qadınlar hamiləlik dövüründə qidalanmaya xüsusi diqqət yetirməlidirlər. İnsan bədəni körpəni bəsləmək və inkişafını təmin etmək üçün daha çox qidaya, mayeyə, minerallara və vitaminlərə ehtiyac duyur. Bu töhvələri təbii yolla təmin etmək üçün hamiləlikdə mütəmadi olaraq mineral su istehlakı tövsiyə edilir. Kalsium bədənimizdə sümük quruluşu ilə yanaşı, əzələ yığılması, sinir oyanıqlığına, hüceyrə membranlarına ion dəyişikliyinə, həzm fermentlərinə köməkçi olur. Yaşla bağlı sümük itkilərinin və qırılmalarının da qarşısını alır. Tərkibində kalori və xolesterin olmadığı üçün mineral su, kalsium baxımından südə ən yaxşı alternativdir.

DİQQƏT: söhbət bu gün satışdakı qazlanmanı soda ilə əvəzləyən sulardan yox, təbii dağlardan, qayalardan süzülüb gələn mineral sulardan gedir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.