banner
banner

Sosİal

Bu restoranlar da cərimələndi - Siyahı

Bu restoranlar da cərimələndi -

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 378 ictimai iaşə obyektində 643 monitorinq keçirib.

AQTA-dan Cia.az-a verilən məlumata görə, monitorinqlər zamanı 13 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Sabunçu rayonu, Ə. Məmmədəliyev küç., ev 5 ünvanında yerləşən, fiziki şəxs Nəcəfov Arif Əli oğluna məxsus kafe;

2. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəs., ev 9 ünvanında yerləşən, fiziki şəxs Hümmətov Şamil Mürsəl oğluna məxsus yeməkxana;

3. Bakı şəhəri, Nəsimi rayonu, Moskva pr., ev 56D, məh. 3004 ünvanında yerləşən, fiziki şəxs Əzizova Nuranə Sabir qızına məxsus kafe;

4. Bakı şəhəri, Binəqədi rayonu, X. Natəvan küç., ev 19 ünvanında yerləşən, fiziki şəxs Quliyev Eldar Museyib oğluna məxsus “Bulaq” restoranı;

5. Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küç., ev 19 ünvanında yerləşən, hüquqi şəxs “GAIA” MMC-yə məxsus restoran;

6. Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küç., ev 19, m. 5A ünvanında yerləşən, fiziki şəxs Yusibova Marina Ziyatdinovnaya məxsus kafe;

7. Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küç., ev 138 ünvanında yerləşən, hüquqi şəxs “PJA” MMC-yə məxsus restoran;

8. Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küç., ev 3 ünvanında yerləşən, fiziki şəxs Əkbərov Elçin Sabir oğluna məxsus “Kəndimiz” kafesi;

9. Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 42d ünvanında yerləşən, fiziki şəxs Rüstəmov Xəyal Məqatil oğluna məxsus kafe;

10. Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küç., ev 27 ünvanında yerləşən, fiziki şəxs Kantayeva Pirdas İbrahim qızına məxsus kafe;

11. Yevlax şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Əliyev Famil Mirzə oğluna məxsus “Yeni Dad” kafesi;

12. Bərdə rayonu, “Təzə Bazar” ərazisində yerləşən, fiziki şəxs Mehdiyev Babək Şakir oğluna məxsus kafe;

13. Bərdə rayonu, Güloğlular kəndində yerləşən, fiziki şəxs Əliyev Mübariz Osman oğluna məxsus kafe.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.